"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Moskvanın diqqət mərkəzindədir "
Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. O bildirib ki, bizim başlıca səyləri üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəlib:
"Prioritetlər arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması yer alır. "Altılar" platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional məşvərət mexanizmi) potensial iştirakçıların hər birinin maraqlarına cavab verə, Cənubi Qafqazda sülhün, etimadın möhkəmlənməsinə və iqtisadi proseslərin stimullaşdırılmasına töhfə verə bilər.