Taliban ABŞ və bütün dünyanın 11 sentyabr hadisələrinin 20 -ci ildönümünü andığı gündə Əfqanıstandakı prezident sarayının üzərində öz bayrağını qaldırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın yeni baş naziri Məhəmməd Həsən Axund bayrağı yerli vaxtla saat 11-də 33 nəfərlik müvəqqəti hökumətin rəsmi fəaliyyətə başladığı bir mərasimdə qaldırıb.
Xatırladaq ki, bu gün ABŞ 11 sentyabr terror aktlarının ildönümünü anım tədbirləri ilə qeyd edir.