Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib.
Unikal.org xəbər verir ki, bu fikirləri qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhəddini ziyarəti zamanı bildirib.
Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib: "Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda nə cür adlandırılmasına baxmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik".