Moskva müxalifəti Ermənistan-Rusiya əlaqələrini hərtərəfli gücləndirmək və onlara yeni bir təkan vermək, həmçinin bölgədə Türkiyə-Azərbaycan birliyinə "müqavimət" göstərmək üçün yeni addım atılıb. 

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Vahid Rusiya Partiyası" müxalif "Ermənistan" Fraksiyasının lideri və ikinci prezident Robert Köçəryana Moskvaya səfər etmək və siyasi məsləhətləşmələr aparmaq üçün dəvət göndərib. 

Məlumata görə, Robert Köçəryan Moskvaya gözlənilən səfəri zamanı bu partiyanın liderləri ilə görüşəcək və bölgədə baş verə biləcək inkişaflar müzakirə olunacaq.