Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 243 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 310 min 546 nəfər test edilib, onların 21 min 352-nin koronavirus testi pozitiv nəticə verib, 25 min 616 nəfər isə sağalıb.
Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 101 748 658 peyvənd tətbiq edilib ki, bunun da 83,03 faizi birinci mərhələ vaksinasiya olunanlardır.