Türkiyənin "Fatih" kəşfiyyat-qazma gəmisi Qara dənizin Sakarya ərazisindəki karbohidrogen bölgəsində "Türkali-5" quyusunun qazıntısına başlayıb.
Unikal.org" xəbər verir ki, bu barədə Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti sosial şəbəkə hesabından paylaşım edib.
Qeyd edək ki, "Fatih" Türkiyənin dənizdə ilk dərin kəşfiyyat-axtarış quyusunu "Tuna-1" yatağında qazandan sonra "Türkali-1" quyusunda 77 gün ərzində 3 min 920 metr dərinlikdə kəşfiyyat-qazma işləri aparıb. Bunun ardınca isə "Türkali" bölgəsində daha 3 quyu işlənilib.
Mütəxəssislər "Türkali-5" quyusunun yerləşdiyi rayonda zəngin qaz yatağının olduğunu ehtimal edirlər.