Qarabağın işğalından sonra ərazilərimizdə, xüsusən də Hadrutda qanunsuz olaraq məskunlaşdırılan ermənilər Azərbaycan ordusunun Vətəni işğalçılardan təmizləmək uğrunda əsk-həmləsindən sonra İrəvana qayıtmışdılar. 

Unikal.org xəbər verir ki, bu gün yüzlərlə erməni yenidən Ermənistan hökumətinin əsas binası qarşısında etiraz aksiyası keçirib.

Hadrutun ordumuz tərəfindən azad edilməsindən sonra ermənilərin yaratdığı "Hadrut Uğrunda" QHT-nin sədri Levon Hayryan jurnalistlərə deyib ki, onlar bir çox səbəbə görə etiraz edir:

"Hərəkatımız və bugünkü toplanışımız birtərəfli deyil. Problemlərimiz siyasi, məişət və şəxsi məsələlərdir. 4-5 ay əvvəl Ermənistan hökumətinin bütün planlarını öyrəndik - bizə mənzillər veriləcəkdi, normal şərait qurulmalı idi. Amma onlar bunun heç birini etmədi". 

Ağarza Elçinoğlu