"Rolls-Royce"un "Spirit of Innovation" elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin cənubundakı Uiltşir şəhərində reallaşan sınaq uçuşu 15 dəqiqə çəkib. İlk uçuşun ötən il planlaşdırıldığı qeyd olunur. Şirkət rəsmiləri yaxın gələcəkdə "Spirit of Innovation" elektrik təyyarələrinin saatda 480 km -dən çox sürətə çata biləcəyini düşünürlər. Bununla bağlı xüsusi bir uçuşun həyata keçirilməsi planlaşdırılır.