Gülər Əhmədovanın vəkili eks-deputatdan danışdı
11:30 14-02-2013
CƏMİYYƏT
Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədova dünən Bakı İstintaq Təcridxanasına aparılıb. Onun vəkili Eldar Qədimi Modern.az-a açıqlamasında bildirib ki, özü hələ eks-deputatla görüşə bilməyib. Vəkil bunu G. Əhmədovanın gecə saatlarında həbs olunması ilə əlaqələndirib. “Gülər Əhmədova gecə saatlarında həbs olunub və onunla görüşə bilməmişəm”.
Eldar Qədimi müvəkkilinin əmlakının müsadirə olunması haqqında deyilənlərin doğru olmadığını vurğulayıb. “Gülər Əhmədovanın hələ məhkəməsi olmayıb ki, onun əmlakı da müsadirə olunsun”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)