“Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır”.
Bu barədə Unikal.org-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.
Seymur Əli
***
12:23
Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.
“Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdiyevdir.