Türkiyə Super Liqasının VII turu davam edir.
Unikal.org xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Göztəpə" ilə qarşılaşıb.
Oyunda hesabı İzmir təmsilçisi açıb, Ndiaye fərqlənib.
İlk hissə "Göztəpə"nin üstünlüyü ilə başa çatıb.
İkinci yarıda Halil Dervişoğlu və Olipiu Morutanın qolları ilə geridönüş edən "Qalatasaray" əzmkar qələbəyə sevinib.
Qeyd edək ki, geridə qalan 7 turdan sonra 11 xalı olan "Qalatasaray" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıbsa, "Göztəpə"nin cəmi 5 xalı var və o, autsayderlər sırasında qərarlaşıb.