Fransa prezidenti Emmanuel Makron Lion şəhərinə səfəri zamanı hücuma məruz qalıb.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki, naməlum şəxs onun üzərinə yumurta atıb. Bildirilir ki, insident Fransa prezidenti sərgi salonuna daxil olarkən baş verib.

Əşyanı atan şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.