Qazaxıstanın Nur-Sultan şəhərindəki ən hündür binalardan birinin üzərində (“Qazaxıstan Dəmir Yolları”) 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağı nümayiş olunur.

Unikal.org xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq videoproyeksiya edilir.

Qeyd edək ki, üçrəngli bayrağımız sentyabrın 27, 28, 29-da Anım Günü, oktyabrın 18-də Müstəqillik Günü, noyabrın 8-də isə Zəfər Günü münasibətilə dalğalandırılacaq.