Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Unikal.org xəbər verir ki, Anım Günü ilə əlaqədar Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb. Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.