"Son illərdə bizim üçün ən çətin gün, ehtimal ki, 9 Noyabr 2020-ci il idi. 44 gün ərzində gördüyümüz kiçik ümidlər, dövlət başçısının uğursuz bir sənədə imza atdığını öyrəndiyimiz zaman yox oldu. O gün hamımızın qəzəbi çox böyük idi, amma önümüzdəki ayların daha çətin olacağını təsəvvür edə bilməzdik və döyüşmədən və itkilər vermədən belə itirməyə davam edirdik".
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın "Hraparak Daily" nəşri yazıb.
"Yeni əraziləri təhvil verməyə davam edəcəyik, hər addımda yanımızda düşmən bayraqları görəcəyik. Üstəlik, psixoloji və təbliğat hücumu davam edəcək.Türkiyə-Azərbaycan rəsmilərinin açıq bəyanatları və bizim qeyri-rəsmi cavablarımız və s.
Ərdoğan Paşinyanla ilkin şərtlərlə görüşəcək. Türkiyənin xarici işlər naziri, Ermənistanın xarici işlər naziri ilə görüşməyəcək və Azərbaycanın icazəsi olmadan heç nə etməyəcəklər", - deyə məşhur nəşr qeyd edib.
Ağarza Elçinoğlu