NATO-ya aid 5 gəmi Gürcüstanın su ərazilərinə daxil olub.

Unikal.org ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə istinadən xəbər verir ki, bölmənin tərkibinə İspaniya (flaqman), İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləri daxildir.

Qeyd olunub ki, Batumi limanında yerləşən gəmilərin iştirakı ilə Qara dənizdə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək. Məqsəd Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılması, Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir.

Ağarza Elçinoğlu