ABŞ Prezidenti Co Bayden, dünən Ağ Evdə COVID-19 peyvəndi gücləndiricisi vurdurub.
Unikal.org xəbər verir ki, o, gücləndiricini videoformatda, insanların gözü önündə qəbul edib.
"Gücləndiricilər vacibdir, amma etməmiz lazım olan ən vacib şey daha çox insanın peyvənd olunmasıdır", - deyə Bayden açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, Amerikalıların təxminən 23 faizi hələ də vaksinin heç bir dozasını qəbul etməyib.
Ağarza Elçinoğlu