Rusiyalı yazıçı və kinodramaturq Kim Bakşi: “Əkrəm Əylisli bizdən kömək istəyir”

“Rus-Erməni Birliyi” təşkilatı Əkrəm Əylisli ilə həmrəy olduğunu bəyan edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə dünən Rusiya paytaxtında keçirilən Dağlıq Qarabağ separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə “Rus-Erməni Birliyi” təşkilatının prezidenti Yuri Novayan bildirib. O, “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylislinin bütün ermənilərin rəğbətinin qazandığını və haqlı mövqeyinə görə təşkilat adından ona təşəkkür etdiyini söyləyib: “Bizim təşkilat Əkrəm Əylisli həmrəydir”.

“Arqumenti i Faktı” qəzetinin mətbuat mərkəzində keçirilən tədbir çərçivəsində Rusiya yazıçısı və kinodramaturqu Kim Bakşinin “Duxovnie Sokrovişa Arsaxa” (“Arsaxın mənəvi xəzinələri”) kitabının təqdimat mərasimi baş tutub. Tədbirdə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin iştirak edəcəyi bildirilsə də, o tədbirə gəlməyib.

Azərbaycan əleyhinə fikirlərin səsləndiyi tədbirdə ermənipərəst politoloqlar - Stanistlav Tarasov, Anatoli Tsıqanok, tarixçi alim Vladimir Zaxarov və Rusiyada yaşayan erməni icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə tez-tez Əkrəm Əylisinin “Daş yuxular” əsərindən sitatlar gətirilib. Yazıçı Kim Bakşi Əkrəm Əylislinin Rusiya yazıçılarına müraciət ünvanladığını söyləyib: “Əylisli bizdən kömək istəyir. O, nəyi səhv yazdığını soruşur. Biz əlimizdən gələn köməyi ona göstərəcəyik”.

Qeyd edək ki, “Arsaxın mənəvi xəzinələri” kitabında Qarabağın qədim erməni yurdu olduğu göstərilib. Əsərdə Kim Bakşinin Qarabağa səfərləri, orada apardığı müşahidələr öz əksini tapıb. Uydurma faktlar əsasında yazılan kitab 1988-ci ilin fevralın Dağlıq Qarabağda başlayan erməni separatçı hərəkatına həsr edilib.
“Rus-Erməni