Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.