Ehtiyatda olan zabitlərin hərbi toplanışa çağırışı başlayır
15:47 14-02-2013
CƏMİYYƏT
Azərbaycanda ehtiyatda olan zabitlərin hərbi toplanışlara çağırılması planlaşdırılır. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Toplanışların bərpası ehtiyatda olan zabitlərin hazırlıq səviyyəsini təkmilləşdirmək məqsədi daşıyır. Hazırda bununla bağlı SHÇDX-də müvafiq sənədləşmələr aparılır və yeni qaydalar hazırlanır. Bu çərçivədə qanunvericilikdə müəyyən olunmuş toplanışda olma müddətinə yenidən baxılması və müddətin azaldılması nəzərdə tutulur.
İlkin mərhələdə ehtiyatda olan xüsusi ixtisaslı zabitlərin, həmçinin ali və orta ixtisas təhsilli tibb işçilərinin toplanışları təşkil olunacaq.
Qeyd edək ki, hazırda qanunvericiliklə ehtiyatda olan hər bir zabit üçün toplanış müddəti 2 aydır.
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44