"Unibank"a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə çıxarılıb. Məlum olub ki, özünü çaya atan kişinin "Unibank"a yığılıb qalmış borcu var və onu ödəyə bilmədiyindən özünü öldürməyə qərar verib.

E.Muradlı