Antalyada yaşayan Abdullah Şimşek  adlı  kişi 1994 model Doğan SLX avtomobilini oğluna vəsiyyət edib. Belə ki, kişi avtomobili sürmədiyini, hətta usta yanına apararkən evakuatordan istifadə etdiyini bildirib. 

Unikal.org xəbər verir  ki, kişi avtomobilin gələcək nəsillərinə qalmasını vəsiyyət edib. Lakin oğul atasının bu vəsiyyətini yerinə yetirməyib.O, avtomobili evakuatorla usta  yanına apararkən, avtomobil kolleksiyası toplayan şəxslə qarşılaşıb. Şəxs avtomobilə 130 min TL (25 min AZN) pul təklif edincə,  oğul maşını  satıb.