Batumidə çökən bina hissəsinin dağıntıları altından ikisi uşaq olmaqla 4 nəfər çıxarılıb.

Unikal.org  xəbər verir ki, həmin şəxslər xəstəxanaya çatdırılıb.Dağıntılar altında 20-yə yaxın insanın qaldığı bildirilir.

Batumi meriyasının məlumatına əsasən, çökmüş blokda 15 ailə yaşayıb. 

13.17

***12:58

Gürcüstanın Batumi şəhərində 5 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində bina sakinləri xəsarət alıb. 

Hazırda hadisə yerində xüsusi texnika, xilasetmə briqadaları və təcili tibbi yardım əməkdaşları çalışır.