Filippinli jurnalist Maria Ressa və rusiyalı jurnalist Dmitri Muratov 2021-ci il Nobel Sülh Mükafatına layiq görülüblər.

Unikal.org xəbər verir ki, Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen, "Novaya Gazeta" nın baş redaktoru Dmitri Muratov və Filippinli Maria Ressanın demokratiya və ifadə azadlığına xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq görüldüklərini açıqlayıb.

Muratov 1993 -cü ildə Rusiyanın "Novaya qazeta" qəzetinin yaradıcılarından biri olub. "Novaya Gazeta" bu gün Rusiyanın ən müstəqil qəzetidir.

Filippinli jurnalist və yazıçı Maria Ressa isə Filippində yerləşən "Rappler" xəbər portalının həmtəsisçisi və baş direktorudur.

Gülayə  Mecid