İranda ötən sutka ərzində 185 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 122 197 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 897 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19-a yoluxanların sayı 5 683 980 nəfərə çatıb.