İngiltərədə koronavirusdan sağalan insanlar üzərində aparılan araşdırmalar zamanı həmin şəxslərin beyinlərində kiçilmə və hüceyrə ölümünün baş verdiyi müşahidə olunub.
Unikal.org xəbər verir ki, mütəxəssislər bu vəziyyətin gələcəkdə həm MS (dağınıq skleroz), həm də alzheymer xəstəliyinin artmasına şərait yaradacağını qeyd ediblər.
Bundan əlavə, bu xəstəliyin ürək tutması, ağciyər xəstəliyi, kişilərdə sonsuzluq və nevroloji təsirlərinin də olduğu bildirilib.