"Müharibə təhlükəsi həmişə var, amma yaxın gələcəkdə çətin ki, bu baş versin".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri, «Hayastan» müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə çıxışında belə deyib.
Sabiq nazir bölgədə müəyyən təhlükələr olduğunu, amma bunun Ermənistan hakimiyyəti tərəfindən lazımi səviyyədə təhlil edilmədiyini bildirib.