Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb:
“İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib.
Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.