ABŞ-ın Merilend ştatının Kepitol-Hayts şəhərində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərin ikisi də qadındır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərdən birinin cəsədini işlədikləri müəssisənin dəhlizində, ikincisini isə ofisində tapıblar.
Telekanalın məlumatına görə, insidentdə şübhəli bilinən şəxs saxlanılıb. Merilend ştatının Prins-Corces dairəsinin rəhbəri ölənlərin ailələrinə başsağlığı verib.