Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə Goranboy-Xanqərvənd avtomobil yolu istiqamətində baş verib. İdarəetmədən çıxan minik maşınının yol kənarındakı ağaca çırpılması nəticəsində 35 yaşlı Pərvin Abbasov hadisə yerində ölüb.

Avtomobildə olan qadın və uşaqlar isə Gəncə klinikalarından birinə çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

 E.Muradlı