İranda ötən sutka ərzində 276 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 504 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 122 868 nəfərə, yoluxanların sayı isə 5 716 394 nəfərə çatıb. Virus daşıyıcılarından 5 218 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 234 010 nəfər koronavirusdan sağalıb, 33,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 65,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 45,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 19,9 milyon təşkil edir.