"Aclıq edən şəxs yarım kiloqram bal yemir".
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
Qaribaşvili söyləyib ki, sabiq prezident şəxsən öz bank kredit kartı ilə yeddi banka bal alıb və yarım kilo bal qəbul edib.
"Aclıq elan etdiyini açıqlayan adam yarım kilo bal yeməməlidir, bunu tam məsuliyyətlə deyirəm. İnsanları aldatmağı və cəmiyyəti çaşdırmağı dayandırın", -Qaribaşvili əlavə edib.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, ixtisaslı həkimlər Saakaşvilinin səhhətinə nəzarət edir və vəziyyəti qənaətbəxşdir.