Suriyanın Afrin bölgəsində PKK/YPG terrorçuları tərəfindən bomba yüklənmiş maşın partladılıb.

Unikal.org  Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktı günorta saatlarında Afrindəki bazar ərazisi yaxınlığında törədilib.

Nəticədə 6 mülki şəxs həlak olub, 17 nəfər isə yaralanıb.

Şəhərdə terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.