“İlk növbədə mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim”.
Unikal.org xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısında çıxışı zamanı deyib.
Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi.
Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.