Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel ilə videokonfrans formatında görüş keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında yazıb.

Görüş zamanı Donbasdakı vəziyyət müzakirə edilib. Liderlər Normandiya formatı əsasında keçiriləcək sammitə hazırlıq mövzusunda danışıqlar aparıb.

Qeyd edək ki, “Normandiya formatı”na Rusiya, Almaniya, Fransa, Ukrayna daxildir.