Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 188 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 015 nəfər test edilib, onların 30 563-nün koronavirus testi pozitiv nəticə verib, 33 861 nəfər sağalıb.
Nazirliyin paylaşdığı statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 112 660 626 peyvənd tətbiq edilib ki, bunun 87,91 faizi birinci, 74,81 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.