ABŞ-ın Santi şəhərində (Kaliforniya ştatl) iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ən azı iki nəfər ölüb, bir neçə evə ziyan dəyib.
Unikal.org xəbər verir ki, bu barədə Amerika KİV-ləri xəbər verib.
Santi şəhərinin Yanğından Mühafizə Xidmətinin rəis müavini Castin Matsuşita qeyd edib ki, ən azı iki nəfərin ölməsi təsdiqlənib.
O əlavə edib ki, qəzaya uğrayan "Cessna 340A" təyyarəsində neçə nəfərin olduğu bəlli deyil: "Təyyarədə olanların aldıqları xəsarətlərin həyatla uyğun olmadığını hesab edirik".