İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, təbiət hadisəsi Sulavesi adası yaxınlığında baş verib. 

Yeraltı təkanların episentrinin Manado şəhərindən 161 kilometr cənub-şərqdə, ocağının 40 kilometr dərinlikdə yerləşdiyi aydın olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Ağarza Elçinoğlu