Rusiya Prezidenti Vladimir Putin, kənd təsərrüfatı və sənaye sektorları ilə bağlı onlayn görüşə qatılıb.
Unikal.org xəbər verir ki, bir saatdan çox davam edən görüşün sonuna yaxın Putin bir neçə dəfə öskürüb.
Rusiya liderinin bu halı, sektor nümayəndələrində narahatlıq doğurub. Belə ki, onlayn görüşdən sonra bir çox şəxs Putinə, "Hamımız narahat idik. Bu həftə beynəlxalq qadın forumumuz var. Sizi səbirsizliklə gözləyirik. Sağlamlığınızdan narahatıq",- deyə mesajlarını çatdırıblar.
Putin daha sonra videokonfrans vasitəsilə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.
Gülayə Mecid