Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatının səkkiz üzvü saxlanılıb.
Bu barədə Unikal.org “İhlas” xəbər agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, İraq və Suriyada fəaliyyət göstərmiş terrorçular Türkiyəyə daxil olmağa cəhd ediblər. Həyata keçirilən əməliyyat nəticəsində terrorçuların bəziləri ələ keçirilib.
Saxlanılan şəxslərin evlərinə baxış zamanı bir ədəd qeydiyyatsız tapança maddi sübut kimi götürülüb.