"Ermənistanda həyat günü-gündən bahalaşır".
Unikal.org xəbər verir ki, bu barədə "Zhoghovurd" qəzeti yazıb.
"Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında yalnız ərzaq məhsullarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artıb. Eyni zamanda dünyada ərzaq məhsullarının bahalaşması bütün dünyada qiymətlərin artması deməkdir. Ermənistan da bu baxımdan kənarda qalmayıb.Ekspertlərin fikrincə, yükdaşımaların artması istehlak bazarımızda nəinki inflyasiyanın, hətta qeyri-ərzaq məhsullarının da bahalaşmasının səbəbidir. Məsələn, benzinin qiyməti xeyli yüksəkdir. Bu gün bir litr adi benzinin qiyməti 500 dramdır. Ölkədə dəmir yolu yük daşımaları 9,9%, o cümlədən yük ixracı 14,2%, idxal isə 23,5%azalıb", - deyə qəzetdə qeyd olunub.
Gülayə Mecid