Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı açılmış cinayət işi ilə bağlı yeni təfərrüatlar ortaya  çıxıb. Xüsusilə keçmiş nazirin niyə ifadə vermədiyi də öyrənilib.  

Unikal.org xəbər verir ki,  bu barədə "Zhoghovurd" qəzeti yazıb. 

"Məsələ burasındadır ki, dünən keçmiş nazirin vəkil qrupu bəyanat yayaraq, “Tonoyan ittihamı qəbul etmir və heç bir halda qəbul etməyəcək, çünki törətmədiyi əməli törətməkdə ittiham olunur", - deyə qeyd ediblər. Tonoyan Ermənistan Respublikasının müdafiə naziri vəzifəsindən istefa verdikdən sonra dövlət sirrini, Ermənistan Respublikasının milli təhlükəsizliyinin maraqlarını və dövlətlərarası münasibətləri nəzərə alaraq şərh verməkdən çəkinir. Bu gün də Tonoyan bu maraqları şəxsi maraqlarından üstün tutur",- deyə nəşr  bildirib. 

Vəkillərinin sözlərinə  görə,  "David  əmindir ki, xüsusi peşə bilikləri olan şəxslər tərəfindən aparılan ekspertizanın nəticələri Ermənistan  Silahlı Qüvvələri üçün" keyfiyyətsiz" və "uyğun olmayan" silahlarla bağlı iddialara əsaslandırılmış və qərəzsiz cavablar verəcəkdir",- ifadə olunub. 

"Zhoghovurd" qəzetinin verdiyi məlumata görə, keçmiş müdafiə nazirinin susması Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsiyyəti ilə bağlıdır. 

"Tonoyan yaxın çevrəsində bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ittiham olunduğu bütün prosesdən xəbərdardır. Sonuncu, təxminən 4,7 milyon dollar mənimsəməkdə,  saxtalaşdırmada  və ictimai təhlükəli hərəkətlərdə günahlandırılır. Orduya sursat verən şirkətin direktoru, Patron Davo kimi tanınan, eyni zamanda David Galstyan da eyni işdə günahlandırılır".

Gülayə Mecid