Filippində Kompasu tropik qasırğasının səbəb olduğu leysan yağışları insan təlafatına səbəb olub.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 11 nəfər itkin düşüb.
Belə ki, ölkənin ən çox əhalisi olan Luzon adasında təbii fəlakət üzündən 1600-dək sakin təxliyə olunub.
Kaqayan əyalət hökumətinin ictimaiyyətlə əlaqələr müdiri Rogelio Sendinq bütövlükdə 11 bələdiyyə ərazisinin daşqın suları altında qaldığını, bu gün səhərdən su çəkilməyə başlasa da, əsas yollar və körpülərin hələ də su altında qaldığını deyib.