Ermənistanda son sutkada daha 903 nəfər COVID-19-a yoluxub.
Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 273 860-a yüksəlib.
Bildirilib ki, son sutkada isə 43 nəfər ölüb və COVID-19-dan ölənlərin sayı 5 618-ə çatıb.
Virusdan 250 055 nəfər sağalıb. Hazırda 16959 pasiyent müalicə olunur.