Şimali Koreya lideri Kim Çen İn Müdafiə inkişafı sərgisində çıxış edib.
Unikal.org xəbər verir ki, Koreya lideri çıxışı zamanı müdafiə qabiliyyətinin artırılmasının Vaşinqtona və ya Seula qarşı müharibə məqsədi daşımadığını ifadə edib:
"Düşmənimiz Cənubi Koreya və ABŞ kimi xüsusi bir ölkə və ya qüvvələr deyil, müharibənin özüdür. Ancaq xarici sülh səylərimiz heç bir halda özünümüdafiə hüququmuzdan imtina etmək demək deyil".
Kim ABŞ-ın bölgədə olması səbəbindən Cənubi Koreya ilə mövcud gərginliyi aradan qaldırmağın asan olmadığını da qeyd edib. Cənubi Koreyanı ölkəsinə qarşı "ikili standart" istifadə etməkdə və bunu "riyakarlıq" adlandırmaqda günahlandıran Kim, Seulun "özünümüdafiə hüquqlarını pozmağa" davam edəcəyi təqdirdə Pxenyanın cavab verəcəyini söyləyib.
Gülayə Mecid