Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, yeraltı təkanlar Türkiyənin qərb sahillərində də hiss olunub.
Zəlzələnin episentri 9 minə yaxın əhalisi olan Sitiya şəhərindən 14 kilometr cənub-şərqdə, 2 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində hər hansı bir itki və ya dağıntı barədə məlumat verilməyib.