Türkiyənin Bursa şəhərində partlayış baş  verib. 

Unikal.org xəbər verir ki, hadisə Kimya zavodunda qeydə alınıb.  Zavodda  baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Əraziyə FHN qüvvələri və təcili yardım briqadası  cəlb olunub. 

Qəzanın hansı  səbəbdən baş verdiyi  araşdırılır.