ABŞ-da ictimaiyyətə məşhurluğu ilə tanınan Nyu-York Cəzaçəkmə Müəssisəsində işlər gərginləşib.
Unikal.org xəbər verir ki, keçən il bir çox məhkumun öldürüldüyü həbsxana 50 ilin ən təhlükəli vaxtlarından birini keçir.
Əksəriyyəti ruhi xəstəlikdən əziyyət çəkən 4800 məhkumun saxlandığı həbsxanada işlərə nəzarəti məhkumlar həyata keçirir. Bununla bağlı Amerika mətbuatında xəbərlər yayılıb. Hətta həbsxanaya giriş-çıxışı ömürlük həbs cəzasına malik olan məhkumlar nəzarət edir.
Cəzaçəkmə Müəssisəsinin bu hala düşməsinə səbəb kimi koronavirus pandemiyası göstərilib. Belə ki, pandemiya dönəmində həbsxanada vəziyyət gərginləşib.
Səlahiyyətli şəxslər həbsxananın tamamilə bağlanmasını və 4800 məhkumun isə digər cəzaçəkmə müəssisələrinə köçürülməsi tələb ediblər.