Qırğızıstan prezidenti Sadır Japarov hökuməti istefaya göndərib.
Unikal.org xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nazirlər yeni hökumət formalaşanadək öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Qırğızıstan lideri Prezident Adminstrasiyasının rəhbəri və baş nazir postuna Akılbek Japarovun namizədliyini irəli sürüb və bu, parlamentə təqdim olunub.