İsrail Baş naziri Naftali Bennett Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Unikal.org xəbər verir ki, bu məlumatı İsrail Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, Bennett oktyabrın 22-də Soçiyə səfər edəcək və burada Vladimir Putinlə görüşəcək.
Tərəflərin təhlükəsizlik, iqtisadiyyat, regional məsələlər, ilk növbədə isə İranın nüvə silahlanmasını müzakirə edəcəyi vurğulanıb.
Ağarza Elçinoğlu